Rapid Translation şirkəti haqqında

Rapid Translation tərcümə şirkəti sənaye sahəsində ixtisaslaşan texniki tərcümələr şirkətidir.

Biz bir çox sənaye sahələrində təcrübəyə malik olan peşəkar bir şirkət olaraq yalnız üç dildə texniki tərcümə üzrə mütəxəssis şirkətik

  • Azərbaycan
  • İngilis
  • Rus

Bizim missiyamız

Bizim məqsədimiz müştəriləri yüksək keyfiyyətli dəqiq tərcümə, işin vaxtında başa çatdırılması və yüksək iş etikası ilə təmin etməkdir. Biz çalışırıq ki, müştərilərimizə münasib qiymətlərlə ən yüksək tərcümə xidmətləri göstərək.

Tərcümə sahələri

Rapid Translation şirkəti demək olar ki, sənayenin bütün sahələrində mürəkkəb tərcümə işlərini yerinə yetirmək üçün uyğun resurslara malikdir.

Biz şirkət və təşkilatlar üçün İngilis, Azərbaycan, Rus dillərində geniş spektrdə tərcümə xidmətləri təqdim edirik. Şirkətimiz bir çox təşkilatlara texniki sahələrdə müvəffəqiyyətlə tərcümə xidmətləri göstərir.  Biz buna nail olmaq üçün iş etikasına ciddi qaydada riayət edirik. Rapid Translation şirkətinin mütəxəssisləri həssas mövzulara aid sənədlərlə işləməyi bacaran və ən azı 5 il təcrübəsi olan peşəkar tərcüməçilərdir. Tərcümə işində yüksək keyfiyyətə nail olmaq üçün bizim komandamız daim aidiyyəti üzrə mütəxəssislərlə əlaqə saxlayır.

Müxtəlif sahələrdə təcrübəsi olan, yazılı və şifahi tərcümə, habelə müşayiətedici mətnlərin səsləndirilməsi üzrə peşəkar işçi heyəti olan Rapid Translation şirkəti demək olar ki, bütün sahələrdə mürəkkəb layihələri yerinə yetirmək üçün müstəsna mövqeyə malikdir. Şirkətimiz Neft və Qaz,  Dənizçilik, Ağır maşınqayırma, Dəmir yolu sənayesi, Bina və obyektlərin inşası, İstehsalat, Hüquq, İnformasiya Texnologiyaları, Telekommunikasiya və digər sahələrdə tərcümə işlərini yerinə yetirir.

Biz, iş üçün tərcüməçiləri seçərkən uyğun sahə üzrə müvafiq bilik və bacarığa malik olanlardan istifadə edirik. Beləliklə, siz sənayenin hər hansı sahəsinə aid sənədlə bizə müraciət etdikdə, biz sizi məna cəhətdən düzgün və stilistika cəhətdən təbii səslənən tərcümə ilə təmin etmək məqsədilə həmin sahədə yüksək bilik və təcrübəyə malik olan tərcüməçi təqdim edirik.

 
 
© 2017 Rapid Translation. Bütün hüquqlar qorunur. Designed By EmilioCrea